Avropa Birliyi (AB) Əfqanıstanın paytaxtı Kabildə daimi nümayəndəliyinin açılması üzərində çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
"Biz bunun üzərində çalışırıq. Ancaq məxfilik səbəbindən nümayəndəliyin açılması vaxtını sizə deyə bilmərəm", - Borrell qeyd edib.















