• Bakı 16° C

    2.64 m/s

Avropada yaşayan azərbaycanlı bloger və jurnalist axtarışa verildi - FOTO

HADİSƏ

27 Yanvar 2022 | 14:47

Avropada yaşayan azərbaycanlı bloger və jurnalist axtarışa verildi - FOTO

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı ŞBPİ-nin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.


Avropada yaşayan azərbaycanlı bloger və jurnalist axtarışa verildi - FOTOAvropada yaşayan azərbaycanlı bloger və jurnalist axtarışa verildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026