• Bakı 27° C

    13.01 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Avtobus dayanmır, sərnişinlər qaçır: Dayanacaqlar niyə İSTİFADƏ edilmir? - Etiraz!

CƏMİYYƏT

25 Avqust 2025 | 13:16

Avtobus dayanmır, sərnişinlər qaçır: Dayanacaqlar niyə İSTİFADƏ edilmir? - Etiraz!

Şəhər nəqliyyatında sərnişinlərin ən çox üzləşdiyi problemlərdən biri avtobus sürücülərinin dayanma qaydalarına riayət etməməsidir.

Redaksiyamıza daxil olan məlumata görə, bu gün saat 12:10 radələrində E1 marşrutu üzrə hərəkət edən 77-JA-695 dövlət nömrə nişanlı avtobusun sürücüsü “Jurnalistlər binası”nın qarşısındakı rəsmi dayanacaqdan kənarda dayanıb. Bu səbəbdən sərnişinlər avtobusun arxasınca qaçmaq məcburiyyətində qalıb, sürücü isə onları gözləmədən yoluna davam edib.

Sakinlərin sözlərinə görə, oxşar vəziyyət tez-tez təkrarlanır və ictimai nəqliyyata güvənən vətəndaşlara ciddi narahatlıq yaradır. Xüsusilə isti havalarda insanların avtobus dalınca qaçması təkcə narahatlıq deyil, həm də sağlamlıq üçün müəyyən təhlükələr doğurur.

Məsələ ilə bağlı Bakıvaxtı.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)“BakuBus” MMC-yə müraciət edib.

AYNA-nın açıqlamasında qeyd olunub ki, marşrut avtobusları yalnız təsdiq edilmiş hərəkət sxemi üzrə fəaliyyət göstərməli və sərnişinləri yalnız rəsmi dayanacaqlarda götürüb-düşürməlidir:

"Qanunvericiliyə əsasən, müntəzəm marşrutlarda sərnişinlərin minib-düşməsi yalnız dayanacaq məntəqələrində həyata keçirilməlidir. Bu səbəbdən daşıyıcılara sürücülərin qaydalara əməl etməsi barədə göstəriş verilib, nəzarət isə gücləndirilib".

“BakuBus” MMC-dən isə bildirilib ki, hadisə nəzarətə götürülüb. Videomaterialların təhlilindən sonra qurum tərəfindən rəsmi mövqe açıqlanacaq. 

Əli Hüseynov


SON XƏBƏRLƏR