• Bakı 12° C

    2.14 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0902

Azadlığa buraxılan iş adamı yenidən həbs edildi

HADİSƏ

22 Yanvar 2024 | 13:31

Azadlığa buraxılan iş adamı yenidən həbs edildi

Ötən ilin iyun ayında azadlığa buraxılan Şəmkir rayonunda yerləşən "Qala" ailəvi istirahət mərkəzinin rəhbəri Tural Allahverdi oğlu Zeynalov 3 ay sonra prokurorun protesti əsasında həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal.az"a Tural Zeynalovun atası bildirib.

Onun sözlrinə görə, oğlu 2023-cü ilin iyun ayında Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılsa da, sentyabr ayında Bakı Apellyasiya Məhkəməsi tərəfindən yenidən həbs edilib və 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Martın 18-də cəza müddəti tam bitir.

Qeyd edək ki, Tural Zeynalov apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verib və yanvar ayının 25-də Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. 

Xatırladaq ki, Tural Zeynalov 2021-ci il iyul ayının 23-də Şəmkir rayonunda sahibi olduğu “Qala” restoranında polisə müqavimət göstərdiyi üçün həbs edilib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Tural Zeynalov 2020-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olub.


SON XƏBƏRLƏR