• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Fabrikdə talvar uçdu: 3 fəhlə öldü... - FOTO

HADİSƏ

21 Fevral 2024 | 13:00

Fabrikdə talvar uçdu: 3 fəhlə öldü... - FOTO

Özbəkistanın Daşkənd vilayətinin Alamlık şəhərində Mis zənginləşdirmə fabrikində tikilən talvarın uçması nəticəsində Hindistandan olan 3 fəhlə ölüb, 29 nəfər isə yaralanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Məlumata görə, hadisə ilə əlaqədar “Əmək mühafizəsinin qorunması qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.

Vurğulanıb ki, 29 fəhlə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Fabrikdə talvar uçdu: 3 fəhlə öldü... - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026