Yaşlı kişi polis sahə məntəqəsində vəfat edib.
Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən polis məntəqəsində baş verib. Müraciət üçün ora daxil olan 1955-ci il təvəllüdlü şəhər sakini Ədilov Rüstəm Süleyman oğlunun halı qəfil pisləşib.
Hadisə yerinə gələn həkim briqadas onun öldüyünü müəyyən edib. İlkin ehtimala görə, kişi ürək tutmasından dünyasını dəyişib.
















