“Yaxın iki-üç ay ərzində Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq”.
Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev bildirib.
Onun sözlərinə görə, Qərb və Rusiya arasındakı gərginliyin nəticəsinin Cənubi Qafqaza, əsas da Azərbaycana elə də böyük təsiri olmayacaq:
“Çünki Rusiya üçün Finlandiya ikinci cəbhəni açdı. Rusiya üçün üçüncü cəbhə, onun məhvi deməkdir. Həm Rusiya ilə Azərbaycan arasında ötən il 43 bəndlik Bəyannamə imzalanıb. Bundan başqa, Rusiyanın üçüncü cəbhə açmaq imkanı yoxdur”.
C.Nuriyev bildirib ki, bu məsələdə Rusiya ilə bərabər İran da sakitləşəcək:
“Çünki indiyə qədər İran quraşdırılmış saat statusunda idi. Rusiya İranı nə vaxt quraşdırırdısa, onda fəaliyyətə başlayırdı. Lakin artıq İran da başa düşür ki, Rusiyanın vəziyyəti o qədər xoş deyil. Çin də hələlik birmənalı şəkildə rusyönümlü siyasət yürütmür. Ona görə də, Rusiyanın Qafqaz siyasəti daha çox Azərbaycanın maraqlarına xidmət edəcək. Əgər proseslər bu şəkildə davam etsə, yaxın iki-üç ay ərzində Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq”.
Nuranə Daxilqızı
















