• Bakı 16° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Azərbaycan-Ermənistan sənədi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - Emi Karlon

SİYASƏT

30 Sentyabr 2025 | 00:41

Azərbaycan-Ermənistan sənədi Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır - Emi Karlon

Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sazişin imzalanması Cənubi Qafqaz üçün yeni fəslin başlanğıcı oldu və Birləşmiş Ştatlar güclü və davamlı sülhün qurulmasında hər iki ölkəni dəstəkləməyə sadiq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Amerika universitetlərinin məzunları üçün illik qala tədbiri çərçivəsində çıxışı zamanı bildirib.

"Bu axşam biz təhsil, iqtisadiyyat, innovasiya, idman, incəsənət və bir çox digər sahələrdə Azərbaycanın inkişafına mühüm töhfələr verən görkəmli məzunları təbrik edirik", - deyə o qeyd edib.

O vurğulayıb ki, yekunda sülh və davamlı inkişaf təkcə hökumətlərimiz arasında əməkdaşlıqdan asılı olmayacaq.

"Bütün bunlar insanlar - amerikalılar və azərbaycanlılar arasında daha da möhkəm ələqələr üzərində qurulacaq. Biz hər birinizə ümid edirik ki, bunu mümkün etmək və Cənubi Qafqazın ticarət, tranzit və enerji baxımından böyük potensialını açmaq üçün birlikdə çalışacaqsınız", - deyə diplomat əlavə edib.


SON XƏBƏRLƏR

29 Sentyabr 2025