• Bakı C

    15.07 m/s

  • USD - 1.7

    EUR - 1.8808

    RUB - 1.9773

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların HƏCMİ

İQTİSADİYYAT

20 Mart 2025 | 10:27

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların HƏCMİ

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 586,6 milyon manat​​​​​ vəsait yönəldilib.

Bakıvaxtı.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 567,1 milyon manatı (96,7 %-i) Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveçrə, ABŞ, Rusiya, Yaponiya, İran, Fransa və Macarıstan sərmayədarlarına məxsus olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 32,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar 20,8 % azalıb.


SON XƏBƏRLƏR

09 Aprel 2025