• Bakı 21° C

    10.03 m/s

  • USD - 1.7

    EUR - 2.0014

    RUB - 2.0565

Azərbaycan mədəniyyəti Haaqada beynəlxalq festivalda təqdim olunub

SİYASƏT

09 Sentyabr 2025 | 17:17

Azərbaycan mədəniyyəti Haaqada beynəlxalq festivalda təqdim olunub

Azərbaycanın Niderlanddakı Səfirliyi Haaqa şəhər Meriyasının dəstəyi ilə təşkil edilən ənənəvi “Səfirlik Festivalı”nda iştirak edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Tarixi Lange Voorhout meydanında keçirilən festival “bir gündə dünya səyahəti” devizi altında altmışadək ölkəni bir araya gətirib. Minlərlə ziyarətçinin qatıldığı tədbirdə milli pavilyonlarda müxtəlif xalqların mədəniyyətləri təqdim olunub.

Azərbaycan pavilyonu zənginliyi və rəngarəngliyi ilə festivalın ən çox ziyarət edilən guşələrindən biri olub. Burada ölkəmizin tarixi və mədəni irsini əks etdirən materiallar, xalça və milli geyim nümunələri, həmçinin plov, dolma, kabab, qutab və milli şirniyyatlarımız sərgilənib.

Haaqa meri Yan van Zanen pavilyona gələrək Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə və soydaşlarımızla görüşüb, mədəni irsimiz və qonaqpərvərlik ənənələrimizə heyranlığını ifadə edib.

Festival çərçivəsində Avropada yaşayan həmvətənlərimizdən ibarət “Qafqaz” rəqs qrupu səhnəyə çıxaraq milli rəqslərimizi təqdim edib. İfalar tamaşaçıların böyük marağına səbəb olub, ziyarətçilər rəqqaslarla birlikdə “Yallı” oynayaraq Azərbaycan mədəniyyətinə rəğbətlərini nümayiş etdiriblər.

Tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR