• Bakı 18° C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Azərbaycan Premyer Liqası qayda pozuntularına görə ilk “10-luq”dadır

İDMAN

28 Fevral 2024 | 14:11

Azərbaycan Premyer Liqası qayda pozuntularına görə ilk “10-luq”dadır

Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk “10-luğ”una düşüb.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un Beynəlxalq İdman Araşdırmalar Mərkəzinə (CİES) istinadən məlumatına görə, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur.

Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir.

CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. Hesabat dövründə çempionatımızda 179 oyun keçirilib və orta hesabla hər görüşdə 4,47 sarı vərəqə göstərilib. Bu, dünyada 38-ci göstəricidir. Qırmızı vərəqələrin orta sayı isə 0,16-ya bərabərdir. Premyer Liqa bu baxımdan intizamlı olması ilə seçilir. Çünki cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.

Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.


SON XƏBƏRLƏR

22 Aprel 2024