• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan Premyer Liqasında XXXIII tur bu gün yekunlaşır

İDMAN

06 May 2024 | 09:50

Azərbaycan Premyer Liqasında XXXIII tur bu gün yekunlaşır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu matçda "Səbail" "Qəbələ"ni qəbul edəcək.

"ASCO Arena"da reallaşacaq qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Paytaxt klubu 32 oyundan sonra 42 xalla 6-cı, qonaqlar 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb. "Qəbələ"nin mövsümü sonuncu sırada başa vuracağı dəqiqləşib.

Azərbaycan Premyer Liqası

XXXIII tur

19:00. “Səbail”– “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”

Qeyd edək ki, XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.


SON XƏBƏRLƏR

18 May 2024