• Bakı 13° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1026

Azərbaycan-Ukrayna səhiyyə sənayesi sahəsində işbirliyi dərinləşir

CƏMİYYƏT

03 Noyabr 2025 | 12:18

Azərbaycan-Ukrayna səhiyyə sənayesi sahəsində işbirliyi dərinləşir

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

Tərəflər Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR