• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan yanğınsöndürənləri Türkiyədə böyük sevinclə qarşılandı – FOTO

GÜNDƏM

02 Avqust 2021 | 21:13 | Müəllif: Subhan Mahmudov

Azərbaycan yanğınsöndürənləri Türkiyədə böyük sevinclə qarşılandı – FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin yola düşən növbəti qrupu qardaş Türkiyə Respublikasının Ordu şəhərinə çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, yanğınsöndürənlərimiz şəhər əhalisi tərəfindən böyük sevinclə qarşılanıb. Yanacaq ehtiyatını bərpa edən FHN karvanı hazırda yanğınların baş verdiyi Marmaris bölgəsinə doğru istiqamət götürüb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yollanıb. İyulun 31-də isə  daha bir qrup qardaş ölkəyə yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026