• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Valideynlərə çağırış: “Uşaqlarınızı bu virusdan qoruyun”

GÜNDƏM

01 Sentyabr 2021 | 13:13

Valideynlərə çağırış: “Uşaqlarınızı bu virusdan qoruyun”

“Bu günə olan elmi nəticələr bizə onu deməyə əsas verir ki, yüksək effektli peyvəndlərlə bu çətin vəziyyətdə qorunmaq bu gün Azərbaycan üçün ən effektiv çıxış yoludur”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib. 

Alimin sözlərinə görə, sadəcə delta vatiantı ümumi vəziyyəti o qədər çətinləşdirib ki, indi peyvəndləmənin sürəti maksimum həddə çatmalıdır ki, əhalinin 80-85 faizində qısa zamanda müəyyən zaman çərçivəsi üçün olsa da effektiv immunitet yaransın: “Bundan başqa digər önəmli məqam uşaqlardır. Onları bu gün virusdan qorumaq, onlar arasında virusun yayılmasının zamanında qarşısını almaq əsas məqsədlərdən biri olmalıdır. Bunun üçün də virusa qarşı elmi əsaslı ən son strategiyalar və metodlar tətbiq etməlidir”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026