• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Hər hansı bir ölkə Ermənistanı sülhə vadar edə bilərsə,…”-Deputat

GÜNDƏM

30 Sentyabr 2021 | 15:54

“Hər hansı bir ölkə Ermənistanı sülhə vadar edə bilərsə,…”-Deputat

“Hər hansı bir ölkə Ermənistanı sülhə vadar edə bilərsə, bundan bir nəticə əldə edə bilərsə, Azərbaycan bundan məmnun ola bilər”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Qafqaz” platforması təşəbbüsünə münasibət bildirərkən deyib. 

Deputatın sözlərinə görə, təşəbbüsün kimdən gəldiyindən asılı olmayaraq, bu ölkənin Ermənistan üzərində nüfuzu daha güclü olmalıdır ki Ermənistanın ərazi iddialarına son qoyulsun: “Kommunikasiyalar, Zəngəzur dəhlizi açılsın. Düzdü, məndə ciddi şübhələr var ki, Ermənistanın Gürcüstanın özünə qarşı müəyyən ərazi iddiaları var. Onun üçün Ermənistan hansısa oyunlar oynayıb, yenə də gündəmə fərqli məsələləri gətirəcəyinə şübhə etmirəm. Onun üçün elə bir güc olmalıdır ki, Errmənistanı real dövlətə çevrmək istiqamətində ona təzyiq etmək imkanlarına malik olsun”. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026