• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Gömrükdən qanunsuz 12 min dollar keçirmək istədi

GÜNDƏM

31 Avqust 2021 | 19:18 | Müəllif: Subhan Mahmudov

Gömrükdən qanunsuz 12 min dollar keçirmək istədi

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a DGK-ya istinadən xəbər verir.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9 000 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda olan əl çantasının içərisindən isə gömrük nəzarətindən gizlədilən 12 200 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026