• Bakı 22° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İQTİSADİYYAT

16 Iyul 2025 | 17:27

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

    Bildirilib ki, hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 7-də keçiriləcək.

    Hərracda Oğuz rayonu “Muxas-Daşağılçay” (16 ha), Balakən rayonu “Katexçay” (1.5 ha) qum-çınqıl və Oğuz rayonu “Nic” (3.5 ha) gil yataqları investorlara təklif olunacaq.

    İddiaçılar hərracda iştirakla bağlı sənədləri 31 iyul 2025-ci il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

    Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

    Hərrac elanı ilə https://clck.ru/3N93CG linkə keçid etməklə tanış olmaq olar.


    SON XƏBƏRLƏR