Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləği uzun müddətdir müzakirə mövzusudur. Hazırda veteranlara ödənilən 80 manatlıq təqaüdün həyat şəraitinə və artan qiymətlərə uyğun olmadığı ilə bağlı fikirlər səsləndirilir. Ekspertlər hesab edir ki, sosial ödənişlər inflyasiya və yaşayış minimumuna uyğun şəkildə yenilənməlidir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, bütövlükdə sosial təminat tədbirlərinin genişləndirilməsi Azərbaycanda prioritet məsələdir.
Onun sözlərinə görə, bu istiqamətdə ölkəmizdə mütəmadi olaraq sosial paketlərin reallaşması müzakirə edilir:
“2025-ci ildə də 5-ci sosial paket reallaşdı. Müharibə iştirakçılarına ödənilən müavinətin arıtırılması məsələsi də müzakirə edilən məsələlərdən biridir. Milli Məclisə bu istiqamətdə təkliflər paketi təqdim olunub. Nəzərə alaq ki, bu müavinət tətbiq olunan zaman məqsəd müharibə iştirakçılarının kommunal və nəqliyyat və bir sıra xərclərinin qaşılanması idi”.
Vüqar Bayramov: Müavinətin arıtırılması məsələsi müzakirə edilən məsələlərdən biridir
Deputat təklif edir ki, ötən müddətdə bu məbləğin kompensasiya etdiyi xərclərin strukturuna baxılsın. Müsahibimiz həmin xərclərin strukturunda artım faizinə uyğun olaraq məhz veteranlara verilən aylıq müavinətin artırılmasını da məqsədəuyğun hesab edir:
“Eyni zamanda gələcəkdə də həmin xərclərdə artımlar baş verən zaman artım faizinə uyğun olaraq müavinətlər yenidən nəzərdən keçirilə bilər. Biz də bu istiqamətdə təkliflərimizi təqdim etmişik”.
Aydın Baxış
Bakı 



