• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı

CƏMİYYƏT

17 Sentyabr 2026 | 12:34 | Müəllif: Gülşən Şərif

Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kərim Kərimova 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, 1997-ci il təvəllüdlü Kərim Kərimov 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan - 2010-cu il təvəllüdlü S.S.-ni qaçırıb.

Belə ki, o, 2026-cı il yanvarın 31-də saat 9 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində "Snapchat" sosial şəbəkəsi vasitəsilə tanış olduğu S.S.-ni qızın istəyi ilə qaçıraraq əmisinin evinə aparıb.

Kərim Kərimov məhkəmədə ifadəsində bildirib ki, S.S.-nin anasının xahişi ilə qaçırdığı qızı geri - evlərinə qaytarıb:

"Mən S.S. ilə bağlı öz valideynlərimə məlumat verdim. Lakin onlar razı olmadılar. Mənə ilk nikahımdan boşanmadığımı dedilər".

Zərərçəkmiş S.S. məhkəmədə dindirilərkən qeyd edib ki, Kərimlə 2025-ci il dekabrın 12-də sosial şəbəkə vasitəsilə tanış olub:

"Tanışlıq müddətində o, mənə subay olduğunu bildirdi. Lakin bir müddət keçdikdən sonra evli olduğunu və hazırda boşanmaq ərəfəsində olduğunu söylədi. Onun evli olduğunu öyrəndikdə ayrılmaq istədim. Lakin Kərim "məndən ayrılma, səni gözəl yaşadacağam" və sair sözlər dedi".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR