q
  • Bakı 10° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.999

    RUB - 2.2393

Azərbaycandan nar ixracı kəskin azaldı

İQTİSADİYYAT

20 Aprel 2026 | 15:31

Azərbaycandan nar ixracı kəskin azaldı

Bu ilin yanvar-mart aylarında Azərbaycan 3 min 886 ton nar ixrac edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 392 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 908 ton (19 %), dəyər baxımından isə 726 min dollar (17,6 %) azdır.

Hesabat dövründə nar ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərində cüzi paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.


SON XƏBƏRLƏR