• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycandan xaricə pul çıxaran ŞİRKƏTLƏR CƏRİMƏLƏNDİ - SİYAHI 

GÜNDƏM

09 Fevral 2022 | 12:10

Azərbaycandan xaricə pul çıxaran ŞİRKƏTLƏR CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycandan xaricə pul köçürmələri həyata keçirən şirkətlər məhkəməyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb şirkətlərin xaricə valyuta çıxarıb lazımi müddət ərzində əvəzində heç bir mal idxal etməməsi və ya xidmət göstərməməsidir.

Aşağıda adları qeyd edilən hər bir şikrət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə cərimə protokolu yazılıb.

Ölkədən xaricə valyuta çıxaran şirkətlərdən biri Abşeron rayon İcra Hakimiyyətinin və Qaradağ rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi və dövlət büdcəsinə 4 milyon 173 min 817 manat vergi borcu olan "R AND X" MMC-dir. Bu şirkət barəsində protokol baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin icraatına verilib.

Eyni hüququ ünvanda yerləşən və qanuni təmsilçi Ceyhun Gözəlov olan “HAİTİ” MMC və "HOKKAYDO" MMC barəsində eyni maddə üzrə protokol tərtib edilib. 13 min 389 manat vergi borcu olan “HAİTİ” barəsində protokola baxılması üçün Yasamal rayon Mərkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirovun icraatına verilib. 12 min 066 manat dövlətə vergi borcu olan "HOKKAYDO" barəsində protokola Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatında baxılacaq.      

26 min 818 manat vergi borcu olan "KORTES FLEX" MMC barəsində protokola da Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun icraatında baxılacaq.   

Dövlət büdcəsinə 23 min 556 manat borcu olan "SİLVER TƏCHİZAT" MMC barəsində protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsində göndərilib. İş hakim Elnur Nuriyevin icraatına verilib.

16 min 322 manat vergi borcu olan “Gelten Business Group” MMC barəsində protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rauf Daşdəmirovun icraatına verilib.

Dövlət büdcəsinə 15 min 519.45 manat vergi borcu olan "SFA TRADE COMPANY" MMC də xaricə valyuta çıxarıb lazımi müddət ərzində əvəzində heç bir mal idxal etməməsi və ya xidmət göstərməməsində ittiham olunub. Şirkət barəsində protokola baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadzadənin icraatına verilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026