• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avropa Rusiyadan imtina edir, Azərbaycanı seçir - AÇIQLAMA   

GÜNDƏM

09 Mart 2022 | 14:31

Avropa Rusiyadan imtina edir, Azərbaycanı seçir - AÇIQLAMA

ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar bu ölkənin Rusiya neftindən imtina ilə bağlı qərar verib. Amma bu qərara qoşulan ölkələrin sayının artacağı gözlənilir.

Bakıvaxtı.az-ın məlumatına görə, Beynəlxaql Enerji Agentliyinin rəhbəri Fateh Birol Parisdə keçirilən enerji konfransında bildirib ki, neftdən qısa müddətdə mümkün qədər sürətlə imtina üçün plan hazırlanır. Xüsusilə də böyük istehlakçı olan nəqliyyat sektoru əsas hədəfdir. 

O, əlavə edib ki, dünyada anbarlarda neft ehtiyatlarının da həcmi kiçik deyil və yaxın zamanlarda bazarı da volatilliyi mümkün qədər azaltmaq üçün ehtiyatların bazara buraxılması müzakirə edilir.

Avropa Birliyi Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün planını açıqayıb.

“Ötən həftə Beynəlxalq Enerji Agentliyi də öz təkliflərini Avropa Birliyinə (AB) təqdim edib.  Agentlik təklif etdiyi 10 addımla 2022-ci ilin sonuna qədər Rusiyadan alınan  təxminən 150 mlrd.  kub qazın 50 mlrd. kubmetrini ixtisar etməyin mümkün olduğunu göstərirdi. AB ekspertləri isə təqdim etdikləri sənəddə yaxın 9 ayda Rusiyadan qaz asılılığının 67% və ya 100 mlrd. kub azaldılmasının mümkün olduğunu göstəriblər”, - deyə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

O qeyd edib ki, imtina olunacaq 100 mlrd. kub Rusiya qazının alternativləri kimi aşağıdakı mənbələri göstərirlər:

1) 50 mlrd. kub yeni LNG müqavilələri hesabına

2) Əlcəzair, Azərbaycan və Norveçdən kəmər infrastrukturu hesabına əlavə 10 mlrd. kub qaz

3) enerjidən istifadənin səmərəliliyinin və qənaətin yüksəldilməsi, alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması təxminən 35 mlrd. kub qazdan istifadəyə qənaətə imkan verəcək”.

Qeyd edək ki, ABŞ-ın ən yaxın müttəfiqi olan Böyük Britaniya ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür. Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağı çalışacaq. 

Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR