• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Prezidentlər və XİN rəhbərləri Türkiyədə: Nə baş verir? - AÇIQLAMA 

GÜNDƏM

10 Mart 2022 | 12:42

Prezidentlər və XİN rəhbərləri Türkiyədə: Nə baş verir? - AÇIQLAMA

Ankarada diplomatik təmaslar geniş vüsət alıb. 

Dünən İsrail Prezidenti İsaak Hersoqun, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri başlayıb.

Rusiyanın və Ukraynanın xarici işlər nazirləri Türkiyənin vasitəçiliyi ilə sabah Antalyada keçiriləcək Rusiya-Ukrayna-Türkiyə üçtərəfli xarici işlər nazirləri toplantısı üçün Antalyaya gəlib.

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.

Yunanıstanın baş naziri Miçotakis də bazar günü prezident Ərdoğanla naharda görüşəcək.  Martın 14-də isə Almaniya kansleri Olaf Şolts Türkiyəyə səfər edəcək. 

“Son bir neçə il ərzində Türkiyənin regional və qlobal münaqişələrin həlli istiqamətindəki rolu artıb. Bu ölkənin artan diplomatik nüfuzunun Azərbaycana müsbət təsirləri var. Çünki Azərbaycanla Türkiyə strateji müttəfiqdir, qardaş və dost ölkələrdir”.  

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.

Politoloq bildirib ki, dövlət başçılarının və xarici işlər nazirlərinin Türkiyəyə səfəri etməsi dünya və region üçün önəmli olan ciddi məsələlərlə bağlı qərarın veriləcəyinin gözləntisini yaradır.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR