• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Putin Lavrovu adam yerinə qoymur" - AÇIQLAMA

GÜNDƏM

10 Mart 2022 | 11:03

"Putin Lavrovu adam yerinə qoymur" - AÇIQLAMA

Bu gün dünyanın gözü Türkiyədə, Antalyada olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, Ukrayna və Rusiya arasında müharibə başlayandan bəri ən yüksək səviyyəli görüş bu gün Antalyada keçiriləcək. Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitro Kuleba arasında görüş olacaq. Türkiyə vaxtı ilə saat 11-də başlayacaq görüş xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda baş tutacaq.

Politoloq Zərdüşt Əlizadə bu görüşü Bakıvaxtı.az-a şərh edib.

“Bu görüşdən ciddi bir nəticə gözləmirəm. Çünki Rusiya prezidenti öz xarici işlər nazirini adam yerinə qoymur. Onun rəyi ilə hesablaşmır. Öz istəyinə və biliyinə uyğun hərəkət edir".

Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynadakı hazırkı mövqeyi müsbət dəyişikliklərə əsas vermir.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR