• Bakı 11° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəlib

İDMAN

09 Noyabr 2025 | 18:37

Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.

Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

12 Dekabr 2025