• Bakı 20° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

İDMAN

10 Iyul 2025 | 10:33 | Müəllif: Əli Hüseynov

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək.

Bu barədə Bakıvaxtı.az-a Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi bu gün Ostrava şəhərinə yola düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026