• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Azərbaycanlı güləşçi faciəli şəkildə öldü

HADİSƏ

07 Noyabr 2022 | 18:07

Azərbaycanlı güləşçi faciəli şəkildə öldü

Azərbaycanda sabiq güləşçi avtomobildə yanaraq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Astara yolunub Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində maşın alovlanmağa başıayıb. Avtomobildə olan bir nəfər xilas edilib. Lakin Salyan rayonunun Qalalı kəndindən olan 74 yaşlı Fəxrəddin İmanovu xilas etmək mümkün olmayıb. O, avtomobildə yanaraq ölüb.

Qeyd edək ki, F.İmanov postsovet dönəmində sərbəst güləş üzrə yarışların iştirakçısı olub. O, son illər sərbəst güləş üzrə məşqçi-müəllim işləyirdi. Gənclər və İdman Nazirliyi tərəfindən ona “Fəxri bədən tərbiyəsi və idman işçisi” adı verilib.

Faktla bağlı araşdırma aparılır. /Report


Azərbaycanlı güləşçi faciəli şəkildə öldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026