• Bakı 28° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bakı metrosunda nasazlıq - YENİLƏNİB

CƏMİYYƏT

29 Dekabr 2022 | 10:33

Bakı metrosunda nasazlıq - YENİLƏNİB

Bakı metropoliteninin "Xətai-Cəfər Cabbarlı" mənzilində qatar hərəkətdə ikən maşinistin idarəetmə panelində qapılardan birinə müdaxilə ilə bağlı siqnal işə düşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara uyğun olaraq, qatar dayandırılıb, dərhal texniki baxış təyin edilib. 3 dəqiqə ərzində davam edən baxış zamanı qatarda hər hansısa problem olmadığı müəyyən edilib. Qatar stansiyaya daxil olub. Əlavə texniki baxış keçirilməsi qərara alınıb və həmin xəttə əlavə qatar verilməklə, həmin qatar baxış sahəsinə verilib. Artıq həmin qatarda hər hansısa texniki problem olmadığı müəyyən edilib.

Sərnişinlərə müraciət edərək, Bakı metropolitenindən istifadə edərkən qaydalara zidd hərəkətlərə yol verilməməsinə, istifadə və asayiş qaydalarına ciddi riayət olunmasına çağırırıq.

 

10:09

Bakı metrosunda Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  qatar texniki səbəbdən geriyə hərəkət etməli olub.

Sərnişinlər Xətai stansiyasında qatardan düşürülüb.

Sərnişinlər digər qatarla Cəfər Cabbarlı stansiyasına yola salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026