• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bakıda 3 qumbara aşkar edilib - VİDEO

HADİSƏ

29 May 2024 | 10:26

Bakıda 3 qumbara aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Oktyabr 2026