• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda əcnəbi musiqiçinin alətləri oğurlandı

HADİSƏ

30 Sentyabr 2022 | 15:33

Bakıda əcnəbi musiqiçinin alətləri oğurlandı

Bakıda pakistanlı musiqiçinin texniki avadanlıqları oğurlanıb.

 Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir Bakıda yaşayan Pakistan vətəndaşı, 1957-ci il təvəllüdlü Uddin Asfer Saeed polisə müraciət edərək Azad adlı şəxsin onun musiqi alətlərini oğurladığını bildirib. O qeyd edib ki, həmin şəxs alətləri Səbail rayonu ərazisində götürüb. Şikayətçi alətlərin dəyərinin 5500 manata bərabər olduğunu qeyd edib.

Faktla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, uzun müddətdir Bakıda yaşayan pakistanlı musiqiçi burada fəaliyyətini davam etdirir. O, ölkədə həyata keçirilən bir sıra musiqi layihələrinin də müəllifi olub. /Qafqazinfo


Bakıda əcnəbi musiqiçinin alətləri oğurlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026