• Bakı 17° C

    2.69 m/s

Bakıda ofis binasında yanğın oldu

HADİSƏ

16 Sentyabr 2023 | 21:21 | Müəllif: Subhan Mahmudov

Bakıda ofis binasında yanğın oldu

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 m² olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan 2 ədəd kondisioner, 1 ədəd səs gücləndirici qurğu və 1 ədəd mikrofon yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə və 1 ədəd kondisioner qarsalanıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026