• Bakı 10° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Qubada yol qəzası oldu - Xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

15 Oktyabr 2023 | 22:19

Qubada yol qəzası oldu - Xəsarət alanlar var - YENİLƏNİB

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 15-i saat 17:30 radələrində Quba rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində həmin avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.

 

21:19

Bu gün axşam saatlarında Quba-Nügədi yolunda avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, “VAZ-2106” və “Qazel” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Onlar Quba Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın mətbuat xidməti zərərçəkənlərlə bağlı məlumat verməkdən imtina edib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR