Bakıda anası tərəfindən zibil qutusuna atılan 10-15 günlük körpənin tapılmasının görüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, videoda iki şəxsin zibil qutusundan körpəni çıxartması əks olunub.
Həmin görüntüləri təqdim edirik:
12:46
Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.
12:23
Bakıda küçəyə atılan 10-15 günlük uşağın yerləşdirildiyi xəstəxana məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, körpə Kliniki Tibbi Mərkəzin nəzdində olan Ə.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib. /Oxu.az
10:24
Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.
Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam edir.
09:41
Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.
Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.
Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.
Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub. /Oxu.az
09:03
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Bakıvaxtı.az xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşakar edilib.
Uşaq hazırda Körpələr evinə yerləşdirilib.
Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.















