• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakının iki küçəsində sürət həddi endirildi

CƏMİYYƏT

11 Avqust 2023 | 16:36

Bakının iki küçəsində sürət həddi endirildi

“Bakı şəhərində daha 2 küçədə sürət həddi endirilib”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-a verilən məlumata görə, 11 avqust tarixindən paytaxtın Məhəmməd Hadi və Təbriz küçələrində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

“Hər iki yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026