• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakının və Abşeronun bəzi ərazilərində 4 günlük su kəsintisi olacaq

CƏMİYYƏT

25 Noyabr 2025 | 12:25

Bakının və Abşeronun bəzi ərazilərində 4 günlük su kəsintisi olacaq

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində suyun verilişində fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

Bildirilir ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026