“Bayern München” klubu Almaniya futbol tarixinə düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqada 2000-ci oyununa çıxmaqla ilk həyata keçirib.
Yubiley “Freiburg”la XXIV tur matçına təsadüf edib. “Bayern München” çempionatda iştirak etdiyi 2000 görüşün 1189-da qələbə qazanıb. Komanda həm qalibiyyət, həm də Bundesliqa çempionluğu (32) sayında da rekordçudur.
Qeyd edək ki, “Freiburg”la bərabərə qalan (2:2) “Bayern München” hazırda 54 xalla ikinci pillədə qərarlaşıb.