• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Premyer Liqa: “Liverpul”dan əzmkar qələbə 

İDMAN

31 Mart 2024 | 20:40 | Müəllif: Subhan Mahmudov

Premyer Liqa: “Liverpul”dan əzmkar qələbə

İngiltərə çempionatında 30-cu turun “Liverpul” - “Brayton” qarşılaşması başa çatıb. Oyun Liverpul şəhərinin “Enfild” stadionunda baş tutub. Devid Kut görüşün baş hakimi kimi çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, matçın 2-ci dəqiqəsində “Brayton” hücumçu Denni Uelbekin qolu sayəsində hesabda önə keçib. 27-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. “Liverpul”un hücumçusu Luis Diaz fərqlənib. 65-ci dəqiqədə ev sahiblərinin hücumçusu Məhəmməd Salahın vurduğu qol oyunun taleyini həll edib - 2:1.

“Liverpul” bu mövsümün turnir cədvəlində birinci yerdədir. Komanda 29 oyunda 67 xal toplayıb. “Brayton” 42 xal toplayaraq eyni sayda matçdan sonra 9-cu yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR