• Bakı 15° C

    1.74 m/s

Bayden və Si Cinpin arasında telefon danışığı olacaq

DÜNYA

28 Avqust 2024 | 17:55 | Müəllif: Gülşən Şərif

Bayden və Si Cinpin arasında telefon danışığı olacaq

ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında telefon danışığı aparmağı müzakirə ediblər.

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər açıq kommunikasiya xətlərinin saxlanması üçün davam edən səyləri, o cümlədən qarşıdakı həftələrdə liderlik səviyyəsində danışıqların planlaşdırılmasını alqışlayıblar. 

Sallivan və Vanq Yi bir sıra ikitərəfli, regional və qlobal məsələlər üzrə substantiv və konstruktiv danışıqlar aparıblar.

Ağ Evdən verilən məlumata görə, yaxın zamanlarda ABŞ prezidenti Co Bayden və Çin prezidenti Si Cinpin arasında telefon danışığının baş tutacağı gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026