• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Livanın cənubunda 200 mindən çox insandidərgin düşüb

DÜNYA

27 Sentyabr 2024 | 17:08

Livanın cənubunda 200 mindən çox insan didərgin düşüb

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun hücumlarını artırdığı Livanın cənubunda təxminən 200 min insanın didərgin düşdüyünü açıqlayıb.

Bakıvaxtı.az "TRT Haber"ə istinadla xəbər verir ki, UNRWA köçkünlərə xidmət etmək üçün Sidon şəhərində 3 sığınacaq mərkəzi açıb.

Açıqlamada Livanın cənubunda çoxlu sayda insanın didərgin düşdüyü bildirilib.

Qeyd edilib ki, Livanın cənubunda köçkünlərin sayı 2023-cü ilin oktyabrından 17 sentyabra qədər 111 min 656, 17-24 sentyabr tarixləri arasında isə 90 min 530 nəfər olub.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR