• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İran və Avropa ölkələri nüvə sazişini müzakirə ediblər

DÜNYA

27 Sentyabr 2024 | 16:48

İran və Avropa ölkələri nüvə sazişini müzakirə ediblər

İran və 2015-ci il nüvə sazişinin iştirakçısı olan Avropa ölkələri sazişin bərpası və Tehrana qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə ediblər. 

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian açıqlama verib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirakı zamanı xarici həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirib və nüvə sazişi ilə bağlı birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə danışıqlar aparılıb:

"Biz Avropa dövlətləri ilə öz narahatlığımızı bölüşdük. Qərara alındı ​​ki, xarici işlər nazirləri bu məsələ üzərində işləməyə davam edəcəklər".

Qeyd edək ki, İran 2015-ci ildə dünya gücləri ilə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıb və sanksiyaların ləğvi müqabilində nüvə proqramına bəzi məhdudiyyətlər qoymağa razılaşıb. ABŞ 2018-ci ilin mayında sazişdən çıxıb və Tehrana qarşı birtərəfli məhdudiyyətləri bərpa edib. İran isə cavab olaraq nüvə sazişi üzrə bir sıra öhdəliklərdən imtina edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR