• Bakı 19° C

    3.17 m/s

Bayram günlərində 180 nəfər ZƏHƏRLƏNİB: 4-nün vəziyyəti ağırdır

HADİSƏ

06 Yanvar 2023 | 09:25

Bayram günlərində 180 nəfər ZƏHƏRLƏNİB: 4-nün vəziyyəti ağırdır

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən səbəbilə zəhərlənib.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (4-nün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026