Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları 20-28 mart tarixlərində hərəkətdə olmayacaq.
Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, martın 29-dan etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.
















