• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Bayram günlərində "103"ə nə qədər müraciət daxil olub?

CƏMİYYƏT

10 Iyun 2025 | 14:13

Bayram günlərində 103ə nə qədər müraciət daxil olub?

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 872 çağırış daxil olub.

Ən çox çağırış (2035) 8 iyun tarixində qeydə alınıb. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunub. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib. 

"Müraciət səbəbləri, əsasən, arterial təzyiq, kardiolojiproblemlər, halsızlıq, müxtəlif növ travmalar və s. ilə bağlı olub",-deyə nəzərə çatdırılıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026