• Bakı 17° C

    1.48 m/s

Biləsuvarda qəza: Traktor yük maşını ilə toqquşdu

HADİSƏ

25 Mart 2021 | 18:38

Biləsuvarda qəza: Traktor yük maşını ilə toqquşdu

Biləsuvar rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Füzuli rayonu Kürdmahmudlu kənd sakini, 1983-cü il təvəllüdlü İmankişiyev Ceyhun Vilayət oğlunun idarə etdiyi traktorla Lənkəran rayonu Şağlaküçə kənd sakini, 1971-ci il təvəllüdlü Əliyev Sücayət Ramazan oğlunun idarə etdiyi “Mercedes Ateko” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində traktorun sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026