• Bakı 27° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Blinken: Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır

SİYASƏT

10 Iyul 2024 | 20:46

Blinken: Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır

"Son bir il yarım ərzində Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə deyib.

A.Blinken hər iki nazirə səylərinə görə təşəkkür edib:

"Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bir yerdə olmaqdan çox məmnunam. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-nin da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-nin razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq".


SON XƏBƏRLƏR

28 Iyul 2024