• Bakı C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Paşinyan rus əsgərlərini ölkədən çıxarmağı bacarmadı - AÇIQLAMA

SİYASƏT

09 Avqust 2024 | 17:45

Paşinyan rus əsgərlərini ölkədən çıxarmağı bacarmadı - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya sərhədçiləri 32 il sonra İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanını tərk ediblər. Sərhədçilərin bir hissəsi Ermənistanın Türkiyə ilə, digər hissəsi isə İranla sərhəd xətti boyu yerləşdiriliblər.

İddialara görə, İrəvan hökuməti bir neçə ay öncə “Zvartnots” Hava Limanına nəzarəti tam ələ almaq üçün Moskvaya müraciət edib. Kreml əvvəlcə bu məsələ ilə razılaşmayıb. Lakin danışıqlar nəticəsində rus hərbçilərinin hava limanını, sadəcə, Ermənistan sərhədində xidməti davam etdirəcəyi halda tərk etməsi şərti irəli sürülüb. Rusların “Zvartnots”dan ən tez zamanda çıxmasını istəyən Baş nazir Nikol Paşinyanın bu şərtlə razılaşdığı bildirilir.

Rusiya sərhədçilərinin təkcə "Zvartnots" hava limanından deyil, Arazdəyən ərazisindən də çıxarıldığı deyilir. Rus sərhədçilərin Paruyr Sevak kəndindəki bazası boşaldılıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, Ermənistanla Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran dövlət sərhədləri ərazilərində dövlət sərhədinin mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə İdarəsinin hərbçiləri həyata keçirir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, Rusiya bu addımı Ermənistandan və dolayısı ilə Cənubi Qafqazdan çıxmayacağının anonsunu vermiş oldu.

Analitikin sözlərinə görə, Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır:

"Hazırda Qərbin baş nazir Nikol Paşinyan üzərində ciddi təzyiqləri var. Xüsusən, ABŞ və Fransa Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa, Rusiya ilə hərbi-siyasi paktları sonlandırmağa məcbur edir. Tələb edirlər ki, Ermənistan öz sərhədlərinin mühafizəsini Rusiya sərhədçilərindən alsınlar. Ən sonda isə Paşinyanı Gümrüdəki rus hərbi bazasını oradan göndərməyə təhrik edirlər”.

Müsahibimizə görə, Qərb düşünür ki, Rusiya Cənubi Qafqazdan çıxarsa, region ABŞ, yaxud Avropa Birliyinin təsir dairəsinə keçəcək. Onun fikrincə, gələcəkdə Rusiyanın müdafiə xəttini Şimali Qafqaza daşımaq niyyəti güdürlər:

“Ancaq Rusiya Qərbin niyyətinin və baş verənlərin fərqindədir. Ona görə də maksimum şəkildə çalışır ki, Paşinyanla münasibətlər normallaşsın. Hətta bunun üçün Ermənistanla bağlı müəyyən güzəştlərə gedir, baş nazirin bəzi istəklərini qəbul edirlər".

Turab Rzayev: Rusiya maksimum şəkildə çalışır ki, Paşinyanla münasibətlər normallaşsın

Həmsöhbətimizin vurğulayıb ki, Moskvanın güzəştlərində belə Rusiyanın Cənubi Qafqazı tamamilə tərk etməyəcəklərinin mesajı verilir:

""Zvartnots" hava limanındakı rus sərhədçilərinin Türkiyə və İran sərhədlərinə transferi faktiki heç nəyin dəyişmədiyini göstərir. Xatırlayırsızsa, Azərbaycandan çıxan rus sülhməramlılar da Gümrüdə, Ermənistanın İran və Türkiyə ilə sərhədlərində yerləşmişdi. Bunlar İrəvana və Qərbə açıq-aşkar mesajlardır. Paşinyanın "kiçik qələbə" kimi təqdim etdiyi bu hadisə əhəmiyyətsiz piardan başqa bir şey deyil. Çünki Paşinyan faktiki olaraq rus əsgərlərini ölkə hüdudlarından kənara çıxarmağı bacarmadı".

Aydın Baxış


SON XƏBƏRLƏR

14 Yanvar 2025