Cenevrədə BMT İnsan Hüquqları Şurasının 60-cı sessiyası işə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, sessiyanın açılışında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qəzzada mülki vətəndaşların kütləvi şəkildə həlak olmasını və İsrailin hərbi əməliyyatlarını pisləyib.
O, beynəlxalq ictimaiyyəti soyqırımın qarşısını almaq və humanitar yardımı təmin etmək üçün tədbir görməyə çağırıb.
Türk həmçinin Ukrayna, Sudan, Myanma və Konqo Demokratik Respublikasında davam edən münaqişələr və insan haqları pozuntularına diqqət çəkib.
O, ölkələrin münaqişələrdə qanuni addımlar ataraq mülki əhalini qorumasının vacibliyini vurğulayıb.
Əli Hüseynov