Bolqarıstanda 2025-ci ilin əvvəlindən nəzərdə tutulan Şengen zonasında tam iştirak üçün hazırlıqlar davam edir.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) daxili işlər nazirlərinin dekabrın 12-də bu məsələ ilə bağlı yekun qərarı maraqla gözlənilir.
Bolqarıstan rəsmiləri yanvarın 1-dən ölkənin Şengendə tamahüquqlu iştirakını müsbət hal kimi qiymətləndiriblər.
Bolqarıstan Sərhəd Polisinin direktoru Anton Zlatanov mətbuata açıqlamasında bildirib:
"İlin əvvəlindən Şengen Bölgəsinə qəbul edildikdən sonra sərhəd qapıları qalacaq və nəzarətlər götürüləcək. Xarici tərəfdaşlarımız Şengen üçün hazır olduğumuzu gördülər".
Əli Hüseynov