ABŞ-nin seçilmiş prezidenti Donald Tramp adanı Amerikanın nəzarətinə keçirə bilsə, Vaşinqton 1803-cü ildə Luiziana satınalmasından daha çox ərazi alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu "New York Post"un yayımladığı məqalədə yer alıb.
Məqaləyə əsasən, ABŞ-nin yeni seçilmiş prezidenti Qrenlandiya, eləcə də Panama kanalına nəzarəti ələ keçirmək fikrində 100% ciddidir. ABŞ tərəfindən Qrenlandiyanın alınması Amerika tarixində ən böyük ərazi əldə edilməsi ola bilər.
Belə ki, təxminən 56 min insanın yaşadığı Qrenlandiyanın ərazisi 2 166 084 kvadratmetrdir.
Gülşən Şərif